Obyektin adı Ünvanı Balans saxlayıcısının adı Mərtəbəliliyi Ümumi
faydalı
sahəsi
(kv.m)
Özəlləşdirilən
torpaq
sahəsi
(kv.m)
Əmlakın
ilkin (satış) qiyməti
(100%)
(manat)
Torpaq sahəsinin
 ilkin (satış) qiyməti
(manat)
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti
(manat)
10% beh (manat)
1 Qeyri-yaşayış binası Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  1 mərtəbəli ayrı tikili 84,1 111,8 15000 35000 50000 5000
Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərrac Bakı şəhərində Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsi (Əmlak Xidmətləri Məkanının binası 2-ci mərtəbə)
ünvan:( Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küşəsi, 20)

Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.